Dəniz kuboku – 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Astarainfo.az APA-ya görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.   

Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan edilib.
İkinci yerə İran, üçüncü yerə Qazaxıstan və dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq  görülüb.

.