Bu ilin ilk yeddi ayında Azərbaycandan 597 milyon 698 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yeddi ayda elektrik enerjisi ixracı 2016-cı ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Yanvar-iyul aylarında ixrac olunan elektrik enerjisinin dəyəri isə 25 milyon 915 min ABŞ dolları təşkil edib.