Çində relssiz tramvay yaradılıb

Çində relssiz və naqillərsiz hərəkət edən tramvay yaradılıb.

Çin mühəndisləri relsə ehtiyacı olmayan, 500-dək sərnişin daşıya bilən şəhər nəqliyyatı-tramvay yaradıblar. Uzunluğu 9 metr təşkil edən vaqonlardan ibarət və saatda 70 kilometr sürətlə hərəkət edən tramvay bir neçə akkumulyatorla qidalanır və elektrik mühərriki ilə işləyir. Akkumulyatoru tam doldurulan tramvay birdəfəyə 40 kilometr məsafə qət edə bilir.