Evə girən qarğa körpə uşağı öldürüb

Misirin İsgəndəriyyə şəhərində qarğa bir evə girərək 7 aylıq körpəni öldürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsgəndəriyyə şəhərinin polis bölməsi məlumat yayıb. Məlumatda bildirilir ki, balkondan evə girən qarğa otaqda yatan Adəm adlı körpəni boynundan yaralayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatı xilas etmək mümkün olmayıb.