Filippində 6,2 bal gücündə zəlzələ olub

 Filippinin Luson adasında 6,2 bal gücündə zəlzələ olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların mərkəzi Balayan yaşayış məntəqəsindən 8,1 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 168,1 km dərinlikdə yerləşib.

“Reuters” isə seysmoloqlara istinadən zəlzələnin gücünün 6,6 bal olduğu haqqında məlumat yayıb.

Təbii fəlakətin qurbanları və dağıntı barədə əlavə informasiya verilməyib.