Bu gün Topaz Premyer Liqasında 2017/2018 mövsümü start götürüb.

Astarainfo.az xəbər verir ki, mövsümün ilk matçında “Neftçi” və “Qarabağ” qarşılaşıb.

Çempionatın son qalibi “Qarabağ” rəqibi qarşısında üstün oyun nümayiş etdirib və 3-1 hesablı qələbə qazanıb. “Qarabağ”ın heyətində Mahir Mədətov 2, Ndlovu isə 1 qola imza atıb.

“Neftçi”nin təsəlli qolunu da “Qarabağ”ın futbolçusu vurub. Belə ki, matçın son dəqiqələrində Rahid Əmirquliyev topu öz qapısına vurub.

“Neftçi” – “Qarabağ” – 1:3

Qollar: Rahid Əmirquliyev, 90+2 (öz qapısına) – Mahir Mədətov, 14, 40, Dino Ndlovu, 63