Astarainfo.az xəzərxəbər.az-a istinadən xəbər verir ki.,avtomobil sürərkən sosial şəbəkələrdə canlı yayım etməklə cərimələnəcəklər.
İnstaqramda və digər sosial şəbəkələrdə canlı yayım edən sürücülərə bir xəbərimiz var. Bəzi sürücülər yol polisi olmayan yollarda cərimələnməyəcəklərini zənn edərək mobil telefon vasitəsi ilə canlı yayım edirlər. Bu da nəticədə qəzalara qədər gəturub çıxarır. Son zamanlar belə qəzaların sayının artması yol polisini hərəkətə keçirib. Sosial şəbəkələrdə canlı yayım edən sürücülər araşdırılaraq barələrində protokol tərtib olunacaq.
Saatda 240 km sürətlə hərəkət edən sürücü yol boyu sosial şəbəkələrin birində canlı yayım edir. Son zamanlar insanların bu cür göstəriş istəyi ölümə aparan trendə çevrilib.
Bir çox məşhur insanların avtomobil sürərkən sosoial şəbəkələrdə canlı yayım etməsi başqa insanlarda da buna həvəs yaradır. İndidən sonra isə avtomobil sürərkən canlı yayım edən sürücülər tapılaraq cərimə ediləcəklər.
Baki şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xəbərdarlıq edir ki, hansısa sürücü canlı yayım edərkən zənn etməsin ki, yol polisi onu görmür. Sürücü həmin vaxt cəzalandırılmasa da, sonradan yol polisi onu sosial şəbəkələrdən araşdıraraq cərimələyə bilər.
Vaqif Əsədov artıq 7 belə sürücünün aşkarlanaraq cərimə olunduğunu bildirir.