“Traktor Sazi” yenə uduzdu

İran çempionatının “El-Klassiko”su keçirilib.

Astarainfo.az Qol.az-a istinadən  məlumatına görə, 3-cü turda Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” “İstiqlal”la qarşılaşıb. Təbriz klubu derbidə 0:1 hesabı ilə uduzub.

“İstiqlal” – “Traktor Sazi” – 1:0
Qol:
 Server Djeparov, 42

Qeyd edək ki, “Traktor Sazi” 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.