“Beşiktaş” İtaliya “İnter”inin futbolçusu Qari Medelin transferini rəsmiləşdirib.

Astarainfo.az Qol.az-a istinadən   yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Beşiktaş”ın çilili futbolçunun transferi üçün qarşı tərəfə 2.5 milyon avro təzminat ödədiyi iddia edilir.

Qeyd edək ki, Q. Medel ötən mövsüm “İnter”in heyətində ümumilikdə 31 oyuna çıxıb.