ABŞ-ın Sakit okeandakı Quam adalarının Milli Təhlükəsizlik İdarəsi ada əhalisinə Şimali Koreyanın mümkün nüvə zərbəsi zamanı hansı tədbirlər görməli olduqları barədə xəbərdarlıq edib.
Virtualaz.org xəbər verir ki, bu haqda “The Washington Post” yazır.
Xəbərdarlıq iki səhifəlik yaddaş vərəqəsindən ibarətdir. Orada göstərilir ki, əgər Pxenyan Quam adalarına nüvə başlıqlı ballistk raketlə zərbə endirsə əhali sakitliyə riayət etməli, ilk növbədə ailə üzlərinin qeydinə qalmaldır. Bundan əlavə hakimiyyət ada əhalisinə xəbərdarlıq edir ki, nüvə partlayışına və nüvə göbələyinə tamaşa etmək olmaz, çünki bu, onların gözlərini kor edə bilər.
Nüvə bombardmanı zamanı əhaliyə tövsiyə olunur ki, hansısa predmetin və ya obyektin arxasında gizlənsin. Bu, radioaktiv dalğalardan qorunmağa imkan verər.
Habelə radiasiyanın yayılmasına imkan verməmək üçün dərhal soyunmaq lazımdır. “Üst geyiminizin çıxarılması Sizi radioaktiv materiallardan 90 faiz qoruya bilər”-xəbərdarlıqda deyilir.
Milli Təhlükəsizlik İdarəsi bildirir ki, nüvə çirklənməsi zonasına məruz qalacaq ərazilərdə qalanlar başlarını şampunla yusunlar, ancaq saçlar üçün kondisionerlərdən istifadə etməsinlər.
Xəbər verildiyi kimi avqstun 9-da Şimali Koreya komandanlığı ABŞ-ın Quam adalarına nüvə başlıqlı ballistik raketlərlə zərbə endirilməsi planını hazırladıqları, planının tezliklə Kim Çen Ina təqdim olunacağını elan edib. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı “misli görünməmiş qəzəb və zərbələrlə” hədələyib. Hazırda ABŞ-la Şimali Koreya arasında müharibə riski xeyli yüksəkdir.
Quam adalarındakı “Andersen” aviabazasında mənzillənmiş B-1B “Lancer” strateji bombardmançıları Şimali Koreyaya zərbələr endirmək üçün hazır vəziyyətdə gözləyir. Pentaqon Pxenyana preventiv zərbələr planının hazır olduğunu bildirib.