Rusiyanın Omsk şəhərində sakinlər evdə təqaüdçünün gəmirilmiş cəsədini aşkar ediblər.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, sahibinin cəsədini gəmirən 40 pişik sonra bir-birini yeyib. Onu sonuncu dəfə iyulun əvvəlində görən qonşular bir müddət sonra narahat olmağa başlayıb və evdə meyitini tapıblar. Cəsədin yanında bir diri və bir necə ölü pişik də olub.