Suriyada güclü partlayış nəticəsində azı 40 yaraqlı həlak olub

Suriyanın Deraa şəhərinin cənub-şərqində “Ceyş əl-İslam” koalisiyasının düşərgəsində baş verən partlayış nəticəsində 40-dan çox yaraqlı həlak olub, 100-dən çox terrorçu yaralanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə terrorçu-kamikadzenin özünü yeməkxanada partlatması nəticəsində baş verib. Partlayışı “Ceyş əl-İslam” qruplaşması ilə qarşıdurmada olan “əl-Nusra” terror qruplaşması törədib.