Azərbaycanın məşhur idmançısı Zabit Səmədov növbəti görüşünü keçirəcək.
Onun bu dəfəki rəqibi Hollandiyalı idmançı “Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq.
2008-ci ildə K-1 üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib. 23 avqust 13:00-da baş tutacaq görüş Çeçenistanın 1-ci prezidenti Əhməd Hacı Qədirovun xatirəsinə həsr edilib.
Qeyd edək ki, Zabit Səmədovun statistikasında 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məlubiyyət var.
Zimmermanda isə nəticələr belədir: 137 döyüş, 111 qələbə, 26 məğlubiyyət.
A24.az