1. Gec sağalan yaralarda bağayarpağı
Əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik xoralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar varsa, belə bir reseptdən istifadə edə bilərsiniz: bağayarpağının təzə yarpaqlarını dərin, yuyun, üstünə inək yağını çörək üzərinə çəkilən kimi çəkin, sonra dürmək kimi bükün, nazik məftillə bağlayın ki, açılmasın, sonra yanmayan folqaya bükün və közün içinə basdırın. 20 dəqiqədən sonra yarpaqları folqanın arasından çıxarın, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin. Xatırladım ki, bu reseptdən çöl şəraitində yaşayan insanlar və əsgərlərimiz istifadə edə bilərlər.
2. Qastritdə və kolitdə bağayarpağı
qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur, stəkana tökülür, üstünə yarım stəkan təmiz su əlavə olunub blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir. Gündə üç dəfə istifadə edildikdə bağayarpağının tərkibində olan bioloji aktiv maddələr sürətlə yaranın sağalmasına səbəb olur.
3. Zob düyünlərində bağayarpağı
Zob düyünlərini əritmək üçün bağayarpağı yığılır, ətçəkən maşından keçirilir və zobun üstünə qoyulur. Belə sarğını gündə 1 dəfə qoyub 2 saat müddətində saxladıqda, zob əriyir.
4. Babasildə bağayarpağı
0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat blenderdə xırdalanmış təzə bağayarpağı, yenə bir qat yağ və bağayarpağı sıra ilə tökülür, çalışın qatların qalınlığı 1 sm-dən çox olmasın və ən axırıncı sıra yağ olsun. Qızdırıcının üstündə 2 həftə saxlayın, sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin, babasil düyünləri əriyəcəkdir.
5. Daban mahmızında bağayarpağı
Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban altına qoyulur, 2 saat saxlanır. Səhərlər isə axşama qədər 1 ədəd enliyarpaq bağayarpağı daban üzərinə qoyulur, nazik tənziflə bağlanır və corab geyilir. Bunu gündüzlər 3-4 saat saxlamaq faydalıdır.
6. Şəkər xəstəliyində bağayarpağı
Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bağayarpağı tozu bir stəkan qatıq və ya kefirə qarışdırılaraq yeyilir.
7. Bronxitdə bağayarpağı
Enliyarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan suda və ya süddə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.
Yeradamı bitkisi Azərbaycanın, demək olar hər yerində bitir, əsasən də Naxçıvanda daha geniş yayılmışdır. Elm aləmi bu bitkini zəhərli olaraq qəbul etmiş və daxilə istifadəsini qadağan etmişdir. Çünki yeradamı bitkisinin köklərində zəhərli skopolamin alkaloidi var. Bu bitki yalnız xaricə istifadə oluna bilər. Yeradamının spirtli dəmləməsi bel, oynaq ağrılarında ağrıyan nahiyələrə kompres edilir və olduqca güclü bir ağrıkəsicidir.
Xalq təbabətində: yeradamı kökləri üyüdülür, toz formasına salınır, 100 qramı 500 qram bal ilə 1 saata yaxın, bal xama kimi ağarana qədər qarışdırılır, sonra 15 gün qaranlıq yerdə saxlanılır. 15 gündən sonra 1 həftə yarım çay qaşığından, sonrakı həftə 1 çay qaşığından, növbəti həftə 1.5 çay qaşığından, sonrakı həftə isə 2 çay qaşığından daxilə qəbul olunur. Məcunun daxilə qəbulu zamanı əvvəlcə bel nahiyəsində ağrılar olur, sonra keçir. Sağalmayan sinir xəstəliklərində, əsasən də oturaq sinir iltihabında istifadə edilir, doza həddini aşmaq olmaz, bitki zəhərli olduğundan onun artıq qəbulu ölümlə nəticələnə bilər.
Bu məcun cinsi zəiflikdə də faydalıdır. Bitkinin kökləri insana bənzədiyi üçün yeradamı deyilir və inanclara görə köklərini yerdən çıxaranda insan iniltisinə bənzər bir səs verir.