Azərbaycan Premyer Liqasında “Zirə” komandası “Səbail”i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turu çərçivəsində növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, həftənin üçüncü matçında yüksək dəstənin ən gənc klubları – “Zirə” klubu ilə debütant “Səbail” komandası qarşılaşıb. Qarşılaşmanın taleyini ilk yarıda vurulan qollar həll edib. “Zirə” təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.