Hindistanın Ximaçal-Pradeş ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 7 nəfər həlak olub, onlarla insan itkin düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mandi dairəsində yolda baş verən sürüşmə zamanı avtomobil daşımaları korporasiyasına məxsus iki avtobus torpaq kütləsi altında qalıb.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.