Türkiyədə zəlzələ olub

Türkiyənin Muğla əyalətində 4,3 bal gücündə zəlzələ olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 19:35-də qeydə alınan yeraltı təkanların episentri Milas mahalında, ocağı isə 7 kilometr dərinliyində yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.