Xəzərdə 9 yaşlı uşaq batıb

Avqustun 12-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, A.Seyidovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 16:45-də başa çatıb.