Ankarada sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, avtobus Ankara-Konya yolunun 71-ci kilometrində qəflətən yola çıxan inəyə çırpılıb.

Hadisə yerinə tibbi heyət və xilasetmə qrupu cəlb edilib.