Astara Mədəniyyət Mərkəzinin nümayəndələri İsmayıllıda

Astarainfo.az xəbər verir ki, bu günlərdə İsmayıllı rayonunun İvanovka kəndində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz I Beynəlxalq elmi-praktik seminar  keçirmişdir.

Astara rayonundan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri  Cəlal Mədətzadə,  Kijəbə Folklor evinin bədii  rəhbəri  Aqil Nəcəfov  və  Lovayın kənd sənətkarlıq evinin  bədii  rəhbəri  Rövşən Hacıyev  Mədəniyyət  mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin  I Beynəlxalq elmi-praktik seminarda təmsil etmişlər.

Seminarın keçirilməsində əsas məqsəd Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin fəaliyyət istiqamətlərini genişləndirmək və inkişaf etdirməkdən ibarət olmuşdur.

Seminarda Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşen Maldibayeva, Türkiyə Balçova Bələdiyyəsi,mədəniyyət işləri müdiri Ertuğrul Keskin, Türkiyə  Gənclər və İdman Nazirliyi, gənclik xidmətləri üzrə idarə rəisi Bedir Ahmet Cemil, Mogilyov İcra Hakimiyyətinin Mədəniyyət,İdeoloji və Gənclərlə iş üzrə baş idarəsinin 1-ci müavini, mədəniyyət idarəsinin müdiri Yelena Bobrova qonaq qismində iştirak etmişlər.

Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin I Beynəlxalq elmi-praktiki seminarda iştirakına görə təltif edilmişlər.Sonda Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım və Mədəniyyətşünaslıq üzrə Elmi- Metodiki Mərkəzin direktoru Asif Usubəliyev arasında memorandum imzalanmışdır.