Astara Mərkəzi Kitabxanasında “Nağıl otağı”da bir gün adlı tədbir

Astarainfo.az məlumat verir ki, bu günlərdə Astara Mərkəzi Kitabxanasında uşqlar üçün “Nağıl otağında” bir gün adlı tədbir keçirilmişdir.

Qısa müddət ərzində artıq kitabxananın balaca oxucularının ən sevimli məkanına çevrilmiş “Nağıl otağı”nda yay tətili günlərində silsilə tədbirlər həyata keçirilir.

Bu dəfə “Nağıl otağı”nın qonaqları Astarada sosial cəhətdən zəif ailələrin uşaqlarına dəstək məqsədilə fəaliyyət göstərən “Günərzi qayğı mərkəzi”nin uşaqları olmuşdur. Uşaqlar ilk öncə “Nağıl otağı”ndakı rəflərdə xalq nağılları əsasında hazırlanmış maketlərlə, uşaqların bacarıqlarının üzə çıxarılması məqsədilə “Oxuduğum kitabların nağıl qəhrəmanları” adlı rəsm sərgiləri ilə tanış olmuşlar. Sonra isə Uşaq şöbəsinin işçisi İntizar Nəsirova “Qara qoç”, “Sirli dolça”, uşaqların sevimli yazarı Gülzar İbrahimovanın “Su pərisi və balıqçı” nağıllarını oxuyublar.Uşaqlar rəsm sərgisi və nağıl kitablarına böyük maraq göstərmişlər.