Avqustun 21-dən Londonun “Biq-Ben” saat qülləsində təmir işləri aparılacaq. Təmir 2021-ci ildə başa çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin mətbuat xidməti məlumat yayıb.
Zəng demək olar 157 il ərzində fasiləsiz işləyib. Sonuncu dəfə burada ciddi təmir işləri 1980-ci illərin ortalarında aparılıb. “Biq-Ben”in dörd siferblatı da təmir olunacaq, lakin onlardan biri ictimaiyyətə açıq olacaq.