Daun sindromu dölün ana bətninə düşdüyü andan etibarən formalaşır

Hamiləlik zamanı aparılan müayinələrin nəticəsində uşaqda meydana çıxa biləcək xəstəliklər arasında ən qorxuducu diaqnozlardan biri Daun sindromu riskinin yüksəkliyidir.

Astarainfo.az -ın Enter.News -a istinadən xəbər verir ki, alimlər Daun sindromunun yaranma səbəbləri barədə açıqlama veriblər. Bəlli olub ki, Daun sindromu hazırda döllər arasında müəyyən edilən ən geniş yayılmış patologiyalardan biridir. Daun sindromu ilə doğulan körpələrin 90 faizində patologiyanın əmələ gəlmə səbəbi ananın hüceyrələrində lazımi 23 xromosom sayının 24 olmasıdır. Atalarda hüceyrə patologiyaları səbəbindən bu halın baş verməsinə yalnız 10 faiz hallarda rast gəlinib. Alimlər bildiriblər ki, ananın hansısa xəstəlik və ya stress keçirməsi, valideynlərin pis vərdişlərinin olması, hamiləlik zamanı düzgün qidalanmama və ya ağır keçən doğuş sindromun əmələ gəlməsində heç bir rol oynamır. Belə ki, Daun sindromu dölün ana bətninə düşdüyü andan etibarən formalaşır.