fbpx
Ev CƏMİYYƏT Diqqət! – Sabah 6 saat internet olmayacaq

Diqqət! – Sabah 6 saat internet olmayacaq

Astarainfo.az AzNews.az– istinadən xəbər verir ki,  bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Nazirliyin verdiyi məlumata görə, buna səbəb şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlarının quraşdırılmasıdır:

““Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə layihələr həyata keçirir. Bu məqsədlə sabah saat 02:00-dan 08:00-dək, yəni 6 saat müddətində 33 rayonda internet verilişi təchizatında müəyyən fasilələr yarana bilər.

Həmin rayonlar aşağıdakılardır: “Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki və Yardımlı”.