Türkiyənin məşhur aktyoru Kuzey Vargın 74 yaşında vəfat edib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə aktyorun kürəkəni məlumat verib.

Aktyor 2014-cü ildə xəstəxanada qan təzyiqindən müalicə olunub. 2015-ci ildə isə onda Parkinson xəstəliyi tapılıb.

Xatırladaq ki, K.Vargın sonuncu dəfə “Kurtlar Vadisi Pusu” serialında Adil Eşrefoğlu obrazını canlandırıb.