Ronaldoya ağır cəza

“Real”ın futbolçusu Kriştiano Ronaldoya 5 oyunluq cəza verilib.

Astarainfo.az Qol.az-a  istinadən yaydığı xəbərə görə, dünən “Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb.
Ronaldoya cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib.

Bu cəza təkcə superkubok oyununa yox, həm də İspaniya çempionatının oyunlarına da şamil olacaq.

Beləliklə, 32 yaşlı hücumçu “Barselona” ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada “Deportivo”, “Valensiya”, “Levante” və “Real Sosyedad”la görüşləri buraxacaq.