Su üzərində ev

Böyük Britaniyanın “Schopfer Associates” arxitektura şirkəti su üzərində gözəl bir evin layihəsini təqdim edib.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, “Sting Ray” adlanan evin platformasında 2 avtomobil üçün qaraj, cakuzi və baseyn var. Evin 2 mərtəbəsinin bir mərtəbəsində qonaq və yemək otaqları, digərində isə 3 yataq, 3 vanna otağı və qarderob yerləşir.

Layihəçilər əmin edirlər ki, onun tikintisində ətraf mühitə az təsiri olan “yaşıl texnologiya”dan istifadə ediləcək.