İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyunun vaxtı və stadionu müəyyənləşib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yığmamız avqustun 31-də Bakı vaxtı ilə saat 20:00-da Əkka şəhərindəki “Municipal” stadionunda İsrail, sentyabrın 5-də saat 19:00-da isə “Dalğa Arena”da İrlandiya komandası ilə qarşılaşacaq.