Yaponiya hökuməti Senkaku adaları ətrafında Sahil Mühafizəsi Xidmətinə məxsus patrul gəmilərinin sayını artırmaq niyyətindədir. Məqsəd qarşıdan gələn Çin balıq ovu fəslində bu ölkənin patrul gəmilərinin Yaponiyanın ərazi sularına girməsinin qarşısını almaqdır.

İki ölkə arasında mövcud olan razılaşmaya əsasən, Çin balıqçılıq gəmiləri Şərqi Çin dənizində, Senkaku adaları yaxınlığında Yaponiyaya məxsus ərazi sularının kənarında balıq ovu ilə məşğul ola bilərlər. Senkaku adaları Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan bu adalara iddialıdır.

Ötən il avqustun əvvəllərində balıq ovu fəsli başladıqdan sonra Çin patrul gəmiləri dəfələrlə Senakaku adaları ətrafında Yaponiyaya məxsus ərazi sularına daxil olmuşdular.

 

AZƏRTAC