Fransalı idman yürüşçüsü, ən yaşlı dünya çempionu İohann Dini 2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarının medalını qazanmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, 39 yaşlı fransız bazar günü 50 kilometr məsafəyə idman yerişi üzrə dünya birinciliyində qızıl medal qazanıb. Dini bu məsafəni 3 saat 33 dəqiqə 11 saniyəyə qət etməklə dünya birinciliklərində rekordu təzələyib. İdman yerişi üzrə bundan əvvəlki rekord nəticə (3 saat 36 dəqiqə 03 saniyə) 2003-cü ildə Fransada keçirilən yarışlarda polyak Robert Korjenevski tərəfindən müəyyən edilmişdi.
Dini jurnalistlərə deyib: “Bazar günü əladır. Əminəm ki, karyeramı başa çatdırmaq barədə qərar qəbul etməyə dəyməz. Mənim bir titulum – Olimpiya medalım hələ də yoxdur. Tokioda finişə birinci çataraq bu medalı qazansaydım, əla olardı”.
Dini 2007-ci ildə 50 kilometr məsafəyə idman yerişi üzrə dünya çempionatının gümüş mükafatçısı, üç dəfə – 2006, 2010 və 2014-cü illərdə Avropa çempionu olub.