“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts 4,6 milyard dollarlıq ianə edib.
Astarainfo.az “Report” “ -a stinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Qiymətli Kağızlar üzrə Komissiyasının hesabatında bildirilib.
İnformasiyaya əsasən, amerikalı milyader öz şirkətinin aksiyalarının 5 faizini bağışlayıb. Amma ianəni alan tərəfin adı açıqlanmayıb.
Məlumata görə, bu, 2000-ci ildən sonra milyaderin etdiyi ən böyük məbləğdə ianədir.
Bill Qeytsin bu addımı həyat yoldaşı Melinda ilə birlikdə yaratdığı Xeyriyyə Fondu vasitəsilə atıldığı güman olunur və hazırdan bununla bağlı dəqiqləşdirmə aparılır.
Qeyd edək ki, B.Qeytsin var-dövlətinin 84,4 milyard dollar dəyərində olduğu bildirilir. Onun dünyada ilk trillionçu olmağa hər cür imkanı var.