Dibala: “O istəsə, həmişəlik “Yuventus”da qalaram”

“Yuventus”un hücumçusu Paulo Dibala gələcək karyerası haqda danışıb.

Astarainfo.az Futbolxeber.az-a  istinadən məlumatına görə, argentinalı forvard karyerasını Turin klubunda bitirməyə hazır olduğunu bəyan edib:

“Yuventus”da xoşbəxtəm. 3 ay əvvəl klubla müqaviləmi yenilədim. Mənə 10 nömrəli formanə təklif etdilər. Bu haqda 2 gün düşündüm və yekunda dedim ki, niyə də yox?!

Burada daha da inkişaf etmək istəyirəm. Klub prezidenti istəsə, həmişəlik “Yuventus”da qalaram”.

Xatırladaq ki, Dibalanın “Qoca Sinyora” ilə müqaviləsi 2022-ci ilin yayına kimidir.