Dünya çempionatında Azərbaycanı 7 sərbəst güləşçi təmsil edəcək

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Astarainfo.az-“Report“-a istinadən xəbər verir ki, mundialda bu növ üzrə 7 pəhləvan çıxış edəcək. Baş məşqçi Firdovsi Umudov Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborova (97 kq) şans verəcək. 125 kq çəki dərəcəsindəki Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışa aparılmayacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 21 – 26-da təşkil olunacaq. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.