“Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər

“Türkiyənin pərakəndə neft məhsulları bazarı “Lukoil” şirkəti üçün cəlbediciliyini qoruyur”. “APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü, baş təchizat və satış üzrə böyük vitse-prezident Vadim Vorobyov bildirib.

Onun sözlərinə görə, “Lukoil” bu məqsəd üçün artıq 1 mlrd. dollar ayırıb. V. Vorobyov qeyd edib ki, Türkiyənin yanacaq neft məhsulları bazarı şirkət üçün strateji əhəmiyyətə malikdir.

“Şirkətimiz Türkiyə bazarında iştirak payının artırılması üçün yollar axtarır. Biz SOCAR rəsmiləri ilə üçüncü şirkətlərin aktivlərinin alışını müzakirə etmişik. Hələlik bununla bağlı konkret qərar qəbul olunmayıb”, – deyə o bildirib.