“Qarabağ” tarixi oyunda qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

Astarainfo.az Qol.az-a istinadən  xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”i sınağa çəkib.

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək sərfəli nəticə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.

15 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: 
Mahir Mədətov, 25
Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu