Şəkidə bir gündə üç nəfəri ilan sancıb

Şəkidə bir gündə üç nəfəri ilan sancıb.

Astarainfo.az -ın APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumatına görə, avqustun 14-ü axşam saatlarında rayonun Bibeys kənd sakini, 1983-cü il təvəllüdlü Mahir Rafiq oğlu İsayev və rayonun Qoxmuq kənd sakini, 1987-ci il təvəllüdlü Şahlar İlqar oğlu İdrisov ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olublar. Müayinə zamanı məlum olub ki, Mahir İsayev yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olan zaman ilan qəfildən onun sağ ayağın baldır nahiyəsindən, Şahlar İdrisov isə yaşadığı evin həyətyanı sahəsində pomidor yığarkən ilan onun əlindən sancıb.Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mahir İsayev və Şahlar İdrisova lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, avqustun 14-ü səhər saatlarında rayonun Cumakənd kənd sakini, 1971-ci il təvəllüdlü Afər Məhərrəm oğlu Məmmədovu kənddəki tütün sahəsində suvarma işləri aparan zaman onun ayaq nahiyəsindən gürzə sancıb. Afər Məmmədova Şəki MRX-da ona lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulduqdan sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.