Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.

Astarainfo.az”Report”-a istinadən xəbər verir ki,  hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. 

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədov  öz qardaşı arvadı  Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.