Astarainfo.az xezerxeber.az-a istinadən məlumat verir ki, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı maraqlı müzakirələrlə işini davam etdirir. Bu gün artıq 3 gündür ki, dünyanın müxtəlif ölkələrindən olan qonaqlar skaut hərəkatının inkişafı ilə bağlı səmərəli fikir və təcrübə mübadilələri aparır, vacib qərarlar qəbul edirlər. Konfrans çərçivəsində dünyanın 157 ölkəsindən olan skautçular öz ölkələrinin mədəniyyətini hazırladıqları stendlərlə qonaqlara nümayiş ediriblər.

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçıları avqustun 16-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.Sonra Şəhidlər xiyabanına gedən skautçular ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

Bakı konqres mərkəzində davam edən Konfrans çərçivəsində skautlar arasında diskusiyalar təşkil olunur, vacib qərarlar qəbul edilib.

Dünyanın 5 qitəsindən fərqli mədəniyyətlərin nümayiş olunduğu stendləri hər gün demək olar ki ,minlərlə iştirakçı ziyarət edir.

Bir birindən maraqlı anlarla davam edən Dünya Skaut Konfransı çərçivəsində bir çox dünya siyasi xadimləri də tədbirə qatılmaq üçün ölkəmizə gəlib.

Hələ 2 gün də davam edəcək konfrans iştirakçıların sayına, təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük tədbiridir.