Bu ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4608,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,6 faiz azalıb. Yüklərin 48,5 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 6087,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 5853,3 min tonunu və ya 96,1 faizini tranzit yüklər təşkil edib. Cari il avqust ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 144,3 min ton idxal yükləri olub.

Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 11,1 min nəfər olub.