Bu gün Azərbaycanın tanınmış “Qafqazinfo.az” xəbər portalının yaranmasının 7 ili tamam olur.

“Qafqazinfo” 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Astarainfo.az və “Astara” qəzeti də çoxsaylı kollektivi adından həmkarlarını Azərbaycanın media məkanına qatılmalarının 7 illiyi münasibətilə təbrik edir, “Qafqazinfo”ya  fəaliyyətlərində uğurlar arzulayır!