“Nəticədən narazıyam. Oyunun 30 dəqiqə ürəyimcə olmadı”.
Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stole Solbakken Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
– “Qarabağ”dan belə oyun gözləyirdiz?
– Bəli. İlk 60 dəqiqədə bərabər oyun getdi. Son 30 dəqiqə “Qarabağ”ın üstünlüyü vardı. Nəticə bizim üçün yaxşı deyil. Bu nəticədən sonra “Qarabağ” az da olsa favoritdi. Amma cavab oyunda ilk qolu biz vursaq, vəziyyət dəyişə bilər.
– Aqressiv görünürdünüz.
– Yox, aqressiv deyildim.
– Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?
– “Qarabağ” cavab oyununda qol vursa, daha yaxşı üstünlük əldə edəcək. Amma buna imkan verməməyə çalışacağıq.
– “Qarabağ” azarkeşləri möhtəşəm idilər. Sizcə, pley-offa layiq atmosfer oldu?
– Əlbəttə, bu, böyük oyun idi. Azarkeşlərin dəstəyi hiss olunurdu. Məncə, “Qarabağ” onların sayəsində qələbə qazandı.