“Qarabağ” – “Kopenhagen” oyununda yegənə qolun müəllifi olan Mahir Mədətov tanınmış prodüserin övladıdır.
Astarainfo.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Mahir Mədətov tanınmış prodüser Anar Mədətovun oğludur.
Xatırldaq ki, Mahir 1 iyul 1997-ci ildə Bakı şəhərində anadan olub. Təhsilə 2003-cü ildə Bakı şəhəri 160 nömrəli orta məktəbdə başlayıb. 3 il orada təhsil aldıqdan sonra 1 il müddətində Dünya məktəbində, daha sonra 3 il də Ankara litseyində təhsilini davam etdirib. Sonda isə 47 nömrəli məktəbdən məzun olub. Futbola 2007-ci ildə 10 yaşında Bakı futbol klubunda başlamış, 2014-cü ilə qədər də Bakı klubunun müxtəlif yaş qruplarında və əsas heyətində oynayıb. Aşağı yaş qruplarında oynayarkən Bakı klubun Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların akademiyasında olmuş və məşqlərdə iştirak edib.
Mahir bu il Bakıda baş tutan İslam Həmrəylik oyunlarının qalibi olub.