Tanınmış televiziya aparıcısı Andrey Malaxov bundan sonrakı fəaliyyətini Rusiyanın “Rusiya 1” telekanalında davam etdirəcək.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, Malaxov yeni kanalda “Birbaşa yayım” tok-şousunu aparacaq.
Məlumata görə, teleaparıcı artıq proqramın yaradıcı kollektiv ilə görüşüb. Onun tok-şouda çıxışı avqustun sonuna planlaşdırılır.
Bundan başqa, Malaxov aprıcılıqla yanaşı, bir sıra layihələrin prodüseri kimi də fəaliyyət göstərəcək.