ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

ABŞ-ın müdafiə naziri Ceyms Mattis yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Astarainfo.az “Report” ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Ancaq səfərin dəqiq tarixi açıqlanmayıb.

İ.Kalın bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 21-də İordaniayay səfər edəcək. Onun sözlərinə görə, səfər zamanı Suriya, İraq və Fələstinlə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.