FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, ali futbol qurumunun əfsanələr qrupu tərəfindən müəyyənləşdirilmiş siyahıda 24 oyunçu yer alıb.
Onlar 16 ölkəni təmsil edirlər: Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund, Qabon), Leonardo Bonuççi (“Yuventus” / “Milan”, İtaliya), Canluici Buffon (“Yuventus”, İtaliya), Daniel Karvaxal (“Real Madrid”, İspaniya), Kriştianu Ronaldu (“Real Madrid”, Portuqaliya), Paulo Dibala (“Yuventus”, Argentina), Antuan Qrizmann (“Atletiko”, Fransa), Eden Azar (“Çelsi”, Belçika), Zlatan İbrahimoviç (“Mançester Yunayted”, İsveç), Andres İnyesta (“Barselona”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), NQolo Kante (“Çelsi”, Fransa), Toni Kroos (“Real Madrid”, Almaniya), Robert Levandovski (“Bavariya”, Polşa), Marselo (“Real Madrid”, Braziliya), Lionel Messi (“Barselona”, Argentina), Luka Modriç (“Real Madrid”, Xorvatiya), Keylor Navas (“Real Madrid”, Kosta Rika), Manuel Noyer (“Bavariya”, Almaniya), Neymar (“Barselona” / PSJ, Braziliya), Serxio Ramos (“Real Madrid”, İspaniya), Aleksis Sançes (“Arsenal”, Çili), Luis Suares (“Barselona”, Uruqvay), Arturo Vidal (“Bavariya”, Çili).
Mükafatın sahibi milli komandaların baş məşqçi və kapitanları, habelə KİV nümayəndələri və azarkeşlər arasında səsvermə yolu ilə müəyyənləşəcək. Səsvermə sentyabrın 7-də yekunlaşacaq. Ən yaxşı oyunçu adına 3 namizədin adı sentyabrın ortalarında açıqlanacaq.
İlin futbolçusunun mükafatlandırma mərasimi isə oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.