Türkiyənin Mərmərə bölgəsində 1999-cu il avqustun 17-də baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsi anılır.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar 18 il əvvəl gecə saat 03.02-də Rixter cədvəli ilə 7,4 bal gücündə baş vermiş yeraltı təkanın qurbanlarının xatirəsinə ucaldılmış abidələrin qarşısında və zəlzələ qurbanlarının uyuduqları məzarlıqlarda anma mərasimləri keçirilir. Zəlzələ qurbanlarının dəfn olunduqları kütləvi məzarlıqda onların ruhuna dualar oxunub, məzarları önünə gül-çiçək dəstləri düzülüb.
Xatırladaq ki, bu zəlzələdə 17,480 nəfər həyatını itirib, 23,781 nəfər yaralanıb, 505 şəxs ömürlük şikəst olub, 285,211 ev tamamilə dağılıb.