Rusiyada 120 milyon il əvvələ aid dinozavr və mamont qalıqları aşkarlanıb
Rusiyanın Sibir bölgəsində yunlu mamonta aid qalıqlar tapılıb.
Rusiyalı elm adamları Krasnoyarsk bölgəsində araşdırma apararkən mamontların qalıqlarının olduğu qayalıq aşkar ediblər. Bununla yanaşı, Çulım çayı sahilində yerləşən qayalıqda 120 milyon il əvvələ aid olan dinozavr qalıqlarına da rast gəlinib.
Tədqiqatçılar qayalıqda qədim dövrə aid qalıqların çox olduğunu ehtimal edirlər. Araşdırmalar davam etdirilir.