Sabah Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək.
Astarainfo.az “Report”a istinadən bildirir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumt verilib.
Səfər çərçivəsində Fernando Uanakuni Mamani Azərbaycanın baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Nazirlər Azərbaycan hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayacaqlar.