UEFA Danimarka “Kopenhagen”inin “Qarabağ”ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb.
Astarainfo.az-ın “Report” -a istinadən verdiyi məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də “Parken” stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.
Qeyd edək ki, “Kopenhagen” Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi.