Kofe həvəskarlarına kreativ bir xəbərimiz var.

Bundan sonra sevimli içkinizi içərkən, həm də özünüzün 3D rəsminizə baxa bilərsiniz. Bakıda yerləşən kafelərdən biri kofe xoşlayan müştərilərini təəcübləndirmək üçün belə bir yenilik tətbiq edir.

3D rəsminizi üzərində həkk etməklə kofe fasilənizi daha yaddaqalan edirlər.

Paytaxtda fəaliyyət göstərən kafrelərin biri Azərbaycanda ilk dəfə olaraq belə bir ideya həyata keçirib.

Gənclər üzərində 3D rəsmlər həkk olunmuş kofelərə bütün dünyada böyük marağın olduğu deyirlər.

Yeni olmasına baxmayaraq elə paytaxtımızda da 3D rəsimli kofeyə maraq az deyil, xüsusilə də gənclər bu üsulla kofe fasiləsinə qeyri- adilik qatırlar.

3D kofenin ərsəyə gəlməsi üçün əvvəlcə kofe ənənəvi qaydada hazırlanır. Üzərinə süd əlavə olunduqdan sonra içki kofemaker avadanlığına daxil edilir. Cəmi 10 saniyəlik 3D printerin toxunuşundan sonra isə, belə bir foto ərsəyə gəlir.

3D rəsmi çəkilən kofenin uğurlu alınması üçün təqdim edilən fotonun keyfiyyəti yüksək olmalıdır.

xezerxeber.az